MTRŞ “Real” televiziyasına müddətsiz lisenziya verib

MTRŞ “Real” televiziyasına müddətsiz lisenziya verib Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib
Media
5 Mart , 2018 16:39

Bakı. 5 mart. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

Şuradan "Report"a verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. 

Milli Televiziya və Radio Şurasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, Vergilər Nazirliyi fevralın 22-də “Real Təhsil İnformasiya Mərkəzi” MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 19, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Mirşahin Mirdilavər oğlu Ağayevdir.

Son xəbərlər

Orphus sistemi