Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyənləşdiriləcək

Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyənləşdiriləcək Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyən ediləcək və onların icrasına nəzarət mexanizmləri yaradılacaq.
Media
28 Avqust , 2023 16:52
Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyənləşdiriləcək

Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyən ediləcək və onların icrasına nəzarət mexanizmləri yaradılacaq.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Qeyd edilib ki, milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələblərini müəyyən etmək və onların icrasına nəzarət mexanizmlərini yaratmaq üçün əsas icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Bundan başqa, Audiovizual Şura, Elm və Təhsil Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2023-cü ildə sahə üzrə qabaqcıl təcrübənin öyrənilməsi, tələblərin müəyyənləşdirilməsi və tələblərin icrasına nəzarət mexanizminin yaradılmasını təmin etməlidir.

Son xəbərlər

Orphus sistemi