Meksika mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası ifşa olunub

Meksika mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası ifşa olunub Meksikanın tanınmış “Milenio” qəzetində “Qarabağda uydurulmuş humanitar böhran mifini ifşa edərək” başlıqlı məqalə dərc olunub. Məqalədə Ermənistanın Qarabağda böhran adı altında həyata keçirdiyi manipulasiya və qarayaxma fəaliyyəti pislənilir, Ermənistan
Media
15 Sentyabr , 2023 04:42
Meksika mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası ifşa olunub

Meksikanın tanınmış “Milenio” qəzetində “Qarabağda uydurulmuş humanitar böhran mifini ifşa edərək” başlıqlı məqalə dərc olunub. Məqalədə Ermənistanın Qarabağda böhran adı altında həyata keçirdiyi manipulasiya və qarayaxma fəaliyyəti pislənilir, Ermənistanın təxribatçı və riyakar siyasətinə, eləcə də ölkəmizin üzləşdiyi ikili standartlara diqqət çəkilir.

Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Məqalədə son vaxtlar Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı əsassız və qərəzli ittihamların, hətta “soyqırımı” uydurmasının səsləndirildiyi qeyd olunur, ərazidə “humanitar böhran” yaşanması ilə bağlı həqiqətdən uzaq erməni propaqandasının uğursuzluğa düçar olduğu bildirilir.

Yazıda beynəlxalq hüquq üzrə tanınmış ekspert Rodni Diksonun hesabatında Azərbaycanın Qarabağ bölgəsində soyqırımının baş verməsi ilə bağlı Luis Okamponun iddialarının əsassız və qüsurlu kimi qiymətləndirildiyi qeyd olunur. Həmçinin ravvinlərin Ermənistanı Holokostdan və “soyqırımı” terminindən təbliğat kimi istifadəni dayandırmağa çağırdığı vurğulanır.

Qeyd olunur ki, bölgənin erməni əhalisinin alternativ yollar vasitəsilə qida əldə etmək imkanı olduğu halda, guya Laçın yolunun bağlanması nəticəsində aclıq şəraitində yaşamaları ilə bağlı xəbərlər yalnız təəccüb doğurur. Bunun Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilməyən erməni diasporu və onun havadarlarının propaqanda siyasətinin bir hissəsi olduğu bildirilir.

Eyni zamanda, bir sıra dünya ölkələrinin humanitar məsələni siyasiləşdirmək əvəzinə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadəyə çağırışlarının ermənilər tərəfindən müsbət qarşılanmadığı, beynəlxalq aktorların vasitəçiliyi ilə hər iki marşrutun açılması ilə bağlı əldə olunmuş razılıqdan isə Ermənistanın son anda imtina etdiyi bildirilir.

Sonda “sivil dünyanın” ekspertlərinin, KİV nümayəndlərinin Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə və normallaşma prosesinə zərbə vuran hazırkı ssenarinin həqiqətlərindən bəhs etməmələrinin narahatlıq doğurduğu və bu gün süni şəkildə yaradılmış “qida böhranı”ndan ürək ağrısı keçirənlərin otuz il ərzində yurd-yuvasından didərgin salınmış yüzminlərlə azərbaycanlının çəkdiyi əzabları nəzərə almalı olduqları vurğulanır.

Son xəbərlər

Orphus sistemi