Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün keçirilən təlimlər başa çatıb.
"Report" xəbər verir ki, təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb.
Qrupların hər birində 20 nəfər iştirak edib.
KİV nümayəndələrinə təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlər keçirilib.
Sonda təlim proqramını uğurla başa vuran jurnalistlər sertifikatla təltif olunublar.
Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.
Xatırladaq ki, təlimlər okyabrın 4-dən 8-dək davam edib. İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.
Təlimdə "Report" İnformasiya Agentliyinin əməkdaşı İsmayıl Nəsibli də iştirak edib.