Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün keçirdiyi təlim davam edir

Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün keçirdiyi təlim davam edir Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında keçirilən təliml
Media
6 Oktyabr , 2021 14:14
Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün keçirdiyi təlim davam edir

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında keçirilən təlimlər davam edir.

"Report" xəbər verir ki, təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb.

Qrupların hər birində 20 nəfər iştirak edir.

Oktyabrın 6-da ikinci qrupun təlimləri başlayıb.

İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.

Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.

Xatırladaq ki, okyabrın 4-dən başlayan təlimlər oktyabrın 8-dək davam edəcək.

Təlimdə "Report" İnformasiya Agentliyinin əməkdaşı İsmayıl Nəsibli də iştirak edir.

Son xəbərlər

Orphus sistemi