Hərbi jurnalist Mübariz Aslanov Mətbuat Şurasında tələbələrlə görüşüb

Hərbi jurnalist Mübariz Aslanov Mətbuat Şurasında tələbələrlə görüşüb Ukraynada müharibəni işıqlandıran hərbi jurnalist, “Report” İnformasiya Agentliyinin, Baku TV-nin Şərqi Avropa üzrə xüsusi müxbiri Mübariz Aslanov Mətbuat Şurasında tələbələrlə görüşüb.
Media
7 aprel 2025 17:09
Hərbi jurnalist Mübariz Aslanov Mətbuat Şurasında tələbələrlə görüşüb

Ukraynada müharibəni işıqlandıran hərbi jurnalist, “Report” İnformasiya Agentliyinin, "Baku TV"nin Şərqi Avropa üzrə xüsusi müxbiri Mübariz Aslanov Mətbuat Şurasında tələbələrlə görüşüb.

Report” xəbər verir ki, görüşdə Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavinləri İlqar TağıyevFəridə Ağazadə, Report Media Məktəbinin və Azərbaycan Dillər Universitetinin tələbələri iştirak ediblər.

Hərbi jurnalist təhlükəli şəraitdə obyektiv məlumat ötürməyin vacibliyindən və müharibə zonasında media etikası prinsiplərinin qorunmasının əhəmiyyətindən danışıb.

“Savaş dövründə ən vacib şərt sakitliyi qorumaq və təlaşa düşməməkdir", - M.Aslanov bildirib.

Xüsusi müxbir gənc jurnalistlərə öz tövsiyəsini də verib: "Hazırda dünyada müharibə əsasən informasiya mühitində baş verir. Gələcəkdə xarici ölkələrdə fəaliyyətə üstünlük verin, çünki Azərbaycanın həqiqətlərini dünyaya çatdırmalıyıq".

 Mübariz Aslanov
Mübariz Aslanov

Qeyd edək ki, aprelin 3-də Azərbaycan Mətbuat Şurası Mübariz Aslanovu Azərbaycan mediasını xarici ölkələrdə peşəkar səviyyədə təmsil etdiyinə, ekstremal zonalardan və müharibə bölgələrindən hazırladığı çoxsaylı reportajlarına görə diplomla təltif edib.

Mübariz Aslanov 1982-ci ildə Beyləqan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini 2005-ci ildə magistr səviyyəsində bitirib. 2005-2006-cı illərdə hərbi xidmətdə olub. 2008-ci ildən jurnalist fəaliyyətinə başlayıb. Azadinform İA, APA, “Report” İA kimi media orqanlarında işləyib. 2019-2020-ci illərdə AzTV-nin mətbuat xidmətində çalışıb.

2021-ci ildən “Report” İnformasiya Agentliyinin, "Baku TV"nin Şərqi Avropa üzrə xüsusi müxbiridir. Mübariz Aslanov Ukraynanın "Şərəf xaçı" medalı ilə təltif olunan ilk xarici jurnalistdir.

Son xəbərlər

Orphus sistemi