Həmid Həmidovun “Danışaq?” layihəsi: Rusiyada miqrasiya siyasəti və ölüm hökmünün bərpası

Media
  • 26 mart, 2024
  • 16:53
Həmid Həmidovun “Danışaq?” layihəsi: Rusiyada miqrasiya siyasəti və ölüm hökmünün bərpası

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında "Suleymanov" teleqram kanalının müəllifi və şərqşünas Ruslan Süleymanov olub.

"Report" xəbər verir ki, verilişdə Moskva yaxınlığında “Crocus City Hall”da baş vermiş dəhşətli terror hadisəsi, Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi və Kremlin ölüm hökmünün bərpası kimi məsələlərə toxunulub.

R.Süleymanov əsas şübhəlilər olan taciklərin video etiraflarını inandırıcı olmadığını bildirib:

“Düşünürəm ki, bu, hər kəs ola bilər... Fikrimcə, söhbət çox asan hədəfdən gedir. Artıq bildiyimiz kimi, burada Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi Ukrayna izi də var. Amma hələ ki, dodaqları və dizləri titrəyən taciklərin bu yöndəmsiz etiraflarından başqa əlimizdə heç nə yoxdur".

Həmid Həmidovun “Danışaq?” layihəsi: Rusiyada miqrasiya siyasəti və ölüm hökmünün bərpası

44 filmi