Həmid Həmidov Qərb mediasında münaqişələrin işıqlandırılmasındakı ikili standartlardan danışıb

Həmid Həmidov Qərb mediasında münaqişələrin işıqlandırılmasındakı ikili standartlardan danışıb “Ağ Ev qeyd-şərtsiz İsraili dəstəkləsə də, onların mətbuatı hadisəni hərtərəfli işıqlandırır. Lakin Azərbaycana münasibətdə Qərbin davranışı yalnız birtərəflidir ki, bu da ikili standartların növbəti təzahürüdür”.
Media
13 Oktyabr , 2023 00:00
Həmid Həmidov Qərb mediasında münaqişələrin işıqlandırılmasındakı ikili standartlardan danışıb

“Ağ Ev qeyd-şərtsiz İsraili dəstəkləsə də, onların mətbuatı hadisəni hərtərəfli işıqlandırır. Lakin Azərbaycana münasibətdə Qərbin davranışı yalnız birtərəflidir ki, bu da ikili standartların növbəti təzahürüdür”.

"Report" xəbər verir ki, bu fikirləri “Global Media Group” şirkətinin media direktoru, tanınmış jurnalist Həmid Həmidov Baku TV-yə açıqlamasında deyib.

O, bildirib ki, nə Qərb, nə də Rusiya heç vaxt Qarabağ münaqişəsinin həllinin və Azərbaycanın öz suverenliyini bərpa etməsinin tərəfdarı olmayıb.

Jurnalist dünya mediasında Cənubi Qafqazda baş verən proseslərə qərəzli yanaşmanın mövcudluğunu da dilə gətirib.

“Xarici ölkələrin rəsmiləri bir yana, onların mətbuatı da bölgəmizdə baş verənləri daim birtərəfli işıqlandırıb. Burada əlbəttə ki, erməni diasporu və onun nümayəndələrinin dünya mediası ilə əlaqələri mühüm rol oynayır. Məsələn, biz çox sayda erməniəsilli şəxslərin Rusiya mediasında çalışdığını bilirik. Həmçinin, Fransa və ABŞ mediasında da məhz erməni əsilli jurnalistlərin yazdığı birtərəfli məqalələri görmək mümkündür”, - H.Həmidov qeyd edib.

Jurnalist vurğulayıb ki, Qərb mediasının Azərbaycana münasibətini bizim uğursuz fəaliyyətimiz və ya yanlış yanaşmamızla əlaqələndirmək doğru deyil. Belə ki, bu ilk növbədə həmin ölkələrin rəhbərliyinin Azərbaycana münasibətini əks etdirir və erməni diasporunun geniş əlaqələrindən qaynaqlanır.

Daha ətraflı BakuTV-nin videomaterialında:

Son xəbərlər

Orphus sistemi