“HaberTürk”ün əməkdaşı: “Azərbaycanlı qardaşlarımızın qəlbən bizimlə olmasından qürurlandıq” 

“HaberTürk”ün əməkdaşı: “Azərbaycanlı qardaşlarımızın qəlbən bizimlə olmasından qürurlandıq”  “Azərbaycanlı qardaşlarımızın göstərmiş olduqları həssaslıqdan, qəlbən bizimlə olmalarından həm duyğulandıq, həm də qürurlandıq”.
Media
23 Fevral , 2023 15:46
“HaberTürk”ün əməkdaşı: “Azərbaycanlı qardaşlarımızın qəlbən bizimlə olmasından qürurlandıq” 
Nasuhi Güngör

“Azərbaycanlı qardaşlarımızın göstərmiş olduqları həssaslıqdan, qəlbən bizimlə olmalarından həm duyğulandıq, həm də qürurlandıq”.

Bunu “Report”un Türkiyə bürosuna “HaberTürk” telekanalının əməkdaşı Nasuhi Güngör bildirib.

Hazırda Türkiyənin çox böyük fəlakət yaşadığını deyən jurnalist bu fəlakətdən çıxmaq üçün ölkəsinə dünyanın hər yerindən dəstək gəldiyini vurğulayıb.

Bu ağır günlərində belə ölkəsinə olan bu diqqətin bəzi xarici medialarda qısqanclıqla qarşılanmasına, “Türkiyə kimi Suriya da zəlzələ faciəsini yaşayır, nədən Türkiyə diqqət mərkəzindədir?” sualını verənlərə isə telejurnalist belə cavab verib:

“Siz də bilirsiniz ki, dünyanın harasında bir fəlakət olsa, Türkiyə o yerə yardıma gedən ilk ölkələrdən biri olur. Pandemiya dönəmində Türkiyə ən ucqar ölkələrə belə kömək əlini uzatdı. Bu mərhəmətinin, humanizminin cavabını alır, almaqdadır. Türkiyə özünün bu fəlakətlərdən qurtarılması cəhdlərində olsa da, bu vəziyyətində belə Suriyanı da unutmayıb. Dünyadan gələn yardımların Suriyaya da yönləndirilməsi təşəbbüsünü dəstəkləyir. O ki qaldı Türkiyədə bu təbii fəlakətin ilk dəqiqələrindən etibarən Azərbaycanın kömək əli uzatmasına, biz zatən təmənnasız ilk dəstəyin qardaş ölkədən gələcəyini gözləyirdik. Çünki Azərbaycanla Türkiyənin münasibətləri tam səmimiyyət, qardaşlıq üzərində qurulub. Azərbaycan xalqının həqiqətən qəlbən bizim yanımızda olmasını, bizə doğma münasibətlərini hiss edirik və nə yaxşı ki, bu örnək bütün türk dünyasında öz əksini tapır. Eləcə də, digər türk dövlətlərindən bu səmimiyyəti hiss etdik. Dünyada insanlıq hissələrini yaşadan, böyüdən bütün insanlardan Allah razı olsun”.

N.Güngör bundan sonra inşa olunan binalarda bu problemlərin aradan qaldıralacağına əmin olduğunu qeyd edib:

“Əlbəttə, binalar daha sağlam tikilsəydi, bünövrə möhkəm olsaydı, materiallar keyfiyyətli seçilsəydi, itki də az olardı. Amma dövlətimiz böyükdür, bunun da öhdəsindən gələcək. Ən geci 1 il içində prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da söylədiyi kimi o insanlar evlərinə qovuşacaqlar”.

Son xəbərlər

Orphus sistemi