​Fransanın Azərbaycandakı səfiri "Report" informasiya agentliyində olub - FOTO

​Fransanın Azərbaycandakı səfiri "Report" informasiya agentliyində olub - FOTO Səfir agentlikdə yaradılan şərait və buradakı iş prosesini izləyib
Media
27 Yanvar , 2015 10:39
​Fransanın Azərbaycandakı səfiri Report informasiya agentliyində olub - FOTO

Bakı. 27 yanvar. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Paskal Monye "Report" informasiya agentliyinin ofisində olub.

"Report" xəbər verir ki, səfir əvvəlcə agentlikdə yaradılan şərait və buradakı iş prosesini izləyib. Sonra P.Monye agentliyin baş redaktoru Murad Əliyevlə görüşüb. Qonağı səmimi salamlayan M.Əliyev, diplomata agentliyin fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, iki ölkə arasında inkişaf edən ikitərəfli əlaqələr kütləvi informasiya vasitələri sahəsindəki təmasların daha da intensivləşməsinə təkan verir. M.Əliyev bu yaxınlarda Parisdə baş vermiş terror aktı qurbanlarının ölümü ilə əlaqədar Fransa səfirinə başsağlığı verib.

P.Monye öz növbəsində, fundamental azadlıqların, o cümlədən, söz azadlıqları və KİV-in sərbəst olmasının vacibliyini qeyd edib. O, jurnalistlərə qarşı belə hücumların yolverilməz olduğunu da bildirib. Səfir deyib ki, "Charlie Hebdo" jurnalının redaksiyasına edilən hücum bütün Fransa xalqını birləşdirib.

Son xəbərlər

Orphus sistemi