“Bizim media məkanında fundamental problemlər mövcuddur”.
"Report"un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.
“1988-ci ildə münaqişə başlayanda sovet ideologiyasının jurnalistikamıza təsiri var idi. O vaxt bir çox jurnalistlərin materialları müxtəlif ölkələrdə də dərc olunurdu. Son vaxtlar müəyyən problemlər əmələ gəldi. İndi daha çox iki-üç cümləlik materiallara rast gəlinir”. - o bildirib.
Mərkəz rəhbəri vurğulayıb ki, postmünaqişə ilə bağlı materiallar çox azdır: “Bu materialların az olmasını hər birimiz görürürük. Təhlil xarakterli materiallar da azdır. 1988-89-cu illərdə Ermənistanda yaşayan azərbaycanlılar qovulmuşdu. Ermənilər isə bizim könüllü çıxdığımızı iddia edirlər. Həmin şəxslərdən müsahibə götürərək bu əsassız iddialara son qoymaq olar”.