Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Milli Mətbuatın yaranmasının 144 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Report"un xəbərinə görə, mərasimdə dövlət rəsmiləri, deputatlar, media nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 19 istiqamət üzrə keçirilən müsabiqəyə 56 KİV-dən 142 yazı təqdim edilib.
Qeyd olunub ki, müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamət üzrə qaliblər elan edilib, ümumilikdə, 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov çıxış edərək deyib ki, Azərbaycan mediasının inkişafı ölkənin iqtisadi, sosial, siyasi, mədəni inkişafına tam adekvatdır: "Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasının bəzi opponentləri tapılır inkişafımızı inkar etməyə çalışırlar. Amma bu bir reallıqdır ki, müstəqil Azərbaycan mediası 27 illik tarixində təkcə ölkəmizdə deyil, dünyada Azərbaycanı layiqincə təmsil etmək gücünə malikdir, təmsil edir və təmsil etməkdə davam edəcək”.
Ə.Həsənov qeyd edib ki, müstəqil media tarixində mühüm xidmətləri olan ümummilli lider
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan dövləti hesab edir ki, bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır: “Mətbuat mədəniyyətin bir hissəsidir. Azərbaycan mediasının inkişafı Azərbaycan dövlətinin inkişafına tam adekvatdır. Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda teatr, incəsənət, elm, təhsil və digər sahələr mətbuatdan daha çox inkişaf edib. Mədəniyyət sahəsinin bütün sahələri kimi mediamız da inkişaf edir. Azərbaycan dövləti mədəniyyət xadimlərinə də, idmançısına da, teatr xadimlərinə də, jurnalistlərə də ev verir. Ona görə də buna qarşı qısqanclıq, hansısa fərqli fikir formalaşdırmaq sağlam məntiqin, sağlam düşüncənin nümunəsi deyil”.
Sonda qaliblərə mükafatlar təqdim edilib.