Dövlət Xidmətinin rəisi: "Yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib"

Dövlət Xidmətinin rəisi: "Yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev Azərbaycanın müstəqillik əldə etməsindən sonra yerli medianın demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf etdiyini deyib.
Media
20 Dekabr , 2023 10:41
Dövlət Xidmətinin rəisi: Yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev Azərbaycanın müstəqillik əldə etməsindən sonra yerli medianın demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf etdiyini deyib.

"Report" xəbər verir ki, o, bu barədə "Media savadlılığı" konfransında çıxışı zamanı danışıb.

İ.Musayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyəti illərində mətbuatın fəaliyyətini daim diqqətdə saxlayıb.

Məsələnin bu gün də prioritet olduğunu bildiriən natiq qeyd edib ki, sosial şəbəkə istifadəçilərinin artması kiberhücumların da sayının artmasına şərait yaradır: "Ölkəmizdə informasiya təhlükəsizliyinin cari vəziyyəti daha da gücləndirilir. Həyata keçirilən müxtəlif tədbirlər buna töhfə verir".

Son xəbərlər

Orphus sistemi