AZƏRTAC-la Yonhap arasında əməkdaşlıq sazişi imzalanıb

AZƏRTAC-la Yonhap arasında əməkdaşlıq sazişi imzalanıb Koreyanın və Azərbaycanın milli xəbər agentlikləri bu gün qarşılıqlı mübadiləni genişləndirmək barədə razılığa gəliblər
Media
18 Noyabr , 2015 17:11
AZƏRTAC-la Yonhap arasında əməkdaşlıq sazişi imzalanıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Koreyanın və Azərbaycanın milli xəbər agentlikləri bu gün qarşılıqlı mübadiləni genişləndirmək barədə razılığa gəliblər. "Report" xəbər verir ki, imzalanan sazişə əsasən, bu agentliklər tərəfdaş ölkələrin müxtəlif sahələrdə qazandıqları uğurları təbliğ edəcəklər.

Sazişi Korayanın Yonhap agentliyinin prezidenti Park No-hvanq və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Seulda imzalayıblar.

İki agentlik bundan əvvəl də ingilis dilində xəbərlərin, foto və videoların mübadiləsi barədə saziş imzalayıblar. Yeni saziş isə iki dövlətin iqtisadiyyat, mədəniyyət, turizm və incəsənət də daxil olmaqla milli xüsusiyyətləri ilə bağlı informasiyaların və məqalələrin mübadiləsini daha da genişləndirməyə imkan verəcək.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib ki, iki agentliyin bir-birindən öyrənmələri üçün çox şey var: "Əminəm ki, yeni saziş agentliklərimiz arasında jurnalistlərin qarşılıqlı səfərləri də daxil olmaqla mübadilənin coğrafiyasını daha da genişləndirəcək".

Park No-hvanq AZƏRTAC-ın baş direktorunun 2010-cu ildə OANA-nın Seulda keçirilən Sammitində və noyabrın 16-17-də qurumun İcraiyyə Komitəsinin 39-cu iclasında iştirakına görə minnətdarlığını bildirib. Yonhap-ın prezidenti gələn il OANA-nın XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi işində AZƏRTAC-a uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi