​Azərbaycanın müdafiə naziri orduda çalışan media nümayəndələrini mükafatlandırıb

​Azərbaycanın müdafiə naziri orduda çalışan media nümayəndələrini mükafatlandırıb Bir qrup əməkdaşa təşəkkür elan olunub, fəxri fərman və mükafatlar təqdim edilib
Media
22 İyul , 2015 19:21
​Azərbaycanın müdafiə naziri orduda çalışan media nümayəndələrini mükafatlandırıb

Bakı. 22 iyul. REPORT.AZ/ Prezident İlham Əliyevin iyunun 2-də imzaladığı Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamının icrası ilə əlaqədar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində orduda çalışan kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev mətbuat işçilərini salamlayaraq onlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini və arzularını çatdırıb.

Nazir müavini Silahlı Qüvvələrimizdə aparılan islahatlardan, ordunun yüksək döyüş qabliyyətindən, onun mənəvi-psixoloji hazırlığından, maddi-texniki təminatının yüksəldilməsindən, keçirilən irimiqyaslı təlimlərin əhəmiyyətindən danışaraq bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiyməti xüsusi olaraq vurğulayıb.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin mükafatlandırılmasına dair əmri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Əmrə əsasən, bir qrup əməkdaşa təşəkkür elan olunub, fəxri fərman və mükafatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi