Audiovizual Şura 2023-cü il üzrə gəlir və xərclərini açıqlayıb.
"Report" Şuraya istinadən xəbər verir ki, hesabat ilində illik plana əsasən, dövlət büdcəsindən 2 milyon 654 min 37 manat nəqliyyat vasitələrinin icbari sığortası üçün 1.021 manat 10 qəpik yeni xidməti minik avtomobilinin alınması üçün isə əlavə olaraq 57 min 800 manat, ümumilikdə 2 milyon 712 min 858 manat 10 qəpik vəsait ayrılıb.
İl ərzində bu vəsaitdən 2 milyon 281 min 120 manat 10 qəpik maliyyələşdirilmiş, 2 milyon 231 min 48 manat 36 qəpik vəsait isə istifadə olunub.
İlin sonunda Maliyyə Nazirliyi tərəfindən ilkin plana dəqiqləşdirmə verilmiş və dəqiqləşdirilmiş büdcə 2 milyon 231 min 48 manat 36 qəpik olub. Maliyyələşdirilmiş vəsaitdən istifadə olunmayan 50 min 71 manat 74 qəpik vəsait isə dövlət büdcəsinə qaytarılıb.
Audiovizual Şura 19 iyun–2 avqust 2023-cü il tarixlərində keçirilmiş müsabiqə üzrə cəmi 100 manat büdcədənkənar vəsait daxil olub və bu vəsait müsabiqə ilə bağlı məlumatların mətbuatda dərc olunmasına sərf olunub.
Bundan başqa cari ildə verilmiş lisenziyalardan Şuranın xəzinə hesabına ümumilikdə 45 min 500 manat büdcədənkənar vəsait daxil olmuş və bu vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.