Azərbaycanda yeni idman kanalına lisenziya verilib

Azərbaycanda yeni idman kanalına lisenziya verilib Audiovizual Şuranın növbəti iclası keçirilmiş, 2 audiovizual media subyektinə müvafiq lisenziyalar verilib.
Media
19 Mart , 2024 13:46
Azərbaycanda yeni idman kanalına lisenziya verilib

Azərbaycanda “Sport TV" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısına lisenziya verilib.

"Report" xəbər verir ki, bu barədə Audiovizual Şurasının iclasında qərar qəbul edilib.

Bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş “Sağlam Media” MMC-nin və “Orion Sky” MMC-nin iddiaçı kimi müsabiqəyə buraxılması və iddiaçıların müsabiqə şərtlərinə uyğunluğu və yayım imkanları barədə rəy verilməsi üçün müvafiq komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Bundan başqa, qəbul olunmuş müvafiq qərara əsasən “AZ-EVRO TEL” MMC-yə (“Azeurotel”) sadə platforma operatoru lisenziyası verilib.

Son xəbərlər

Orphus sistemi