Türkiyənin paytaxtı Ankarda Türk İnternet Media Birliyinin (TİMBİR) I qurultayı keçirilib.
"Report" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi təbrik məktubunun oxunması ilə başlayan tədbirdə TİMBİR-in yeni İdarə Heyəti formalaşdırılıb.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də TİMBİR İdarə Heyətinin üzvü seçilib.
Qeyd edək ki, TİMBİR Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cari ilin 7 mart tarixində imzaladığı 6906 saylı sərəncamı ilə qurulub. TİMBİR 104 qurucu üzvü və 1000-dən internet saytını özündə birləşdirməklə bərabər, 15 ölkədə fəaliyyət göstərir.
Qurumun gələcək hədəflərindən əsası kimi dünyanın müxtəlif ölkələrinin internet xəbərçiliyi ilə məşğul olan quruluşlarını birliyə cəlb etmək müəyyənləşdirilib.