Yuxarı

Əbülfəs Qarayev Qəbələdə vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Qəbələdə vətəndaşları qəbul edəcək
© Report — Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

Bakı. 20 iyun. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, iyunun 22-də saat 11:00-da Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (28 may küçəsi, 40) baş tutacaq qəbulda Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin həmin rayonların Mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi