Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.
Mədəniyyət siyasəti
26 Aprel , 2024 11:34
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı aşkar edilib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Film Fondundan məlumat verilib. Qeyd edilib ki, xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı aşkar olunmuş fotosənəd 1945-ci ilə aiddir.

Arxiv materialı Bakı kinostudiyasında lentə alınmış “Arşın mal alan” (rej. R.Təhmasib və N.Leşşenko) bədii filminin çəkilişləri zamanı lentə alınıb. Azərbaycan Dövlət Film Fonduna orijinal şüşə neqativdə təhvil verilmiş fotosənəd Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin şəxsi arxivinə daxildir.

Bugünədək heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa olunmuş şəkildə Dövlət Film Fondununun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi