Əbülfəs Qarayev Qəbələdə vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Qəbələdə vətəndaşları qəbul edəcək Bakı. 20 iyun. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.
Mədəniyyət siyasəti
20 İyun , 2018 10:41
Əbülfəs Qarayev Qəbələdə vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, iyunun 22-də saat 11:00-da Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (28 may küçəsi, 40) baş tutacaq qəbulda Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin həmin rayonların Mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər. 

Son xəbərlər

Orphus sistemi