Xalq rəssamı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub - VİDEO - YENİLƏNİB-2

Xalq rəssamı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub - VİDEO - YENİLƏNİB-2 O, mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib
Mədəniyyət siyasəti
767
24 May , 2021 12:52
Xalq rəssamı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub - VİDEO - YENİLƏNİB-2
0 : 00
0 : 00

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub.

“Report” xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət nazir Anar Kərimov və ictimai-siyasi xadimlər iştirak ediblər.

12:48

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov I Fəxri xiyabanda dəfn edilir.

“Report” xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət nazir Anar Kərimov və ictimai-siyasi xadimlər iştirak edirlər.

11:38

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərasim İçərişəhərdə, "Art Galleri"də təşkil olunur.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər.

Daha sonra T.Salahovun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi