“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib

“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib Beynəlxalq Muğam Mərkəzində ABŞ-da təşkil olunan “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib.
Mədəniyyət siyasəti
109
23 Sentyabr , 2021 20:54
“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində ABŞ-da təşkil olunan “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın, Kolumbiyanın Azərbaycandakı səfiri, İsrailin Azərbaycandakı səfirinin müavini, Qazaxıstanın və Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Acılış nitqini edən əməkdar artist Nərgiz Əliyarova iştirakçılara müsabiqənin əhəmiyyətindən və tarixindən danışıb. Burada yer alan əsərlər barədə məlumat verib.

Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının qələbədən sonra bu il fərqli qeyd edilməsindən söz açıb. Qeyd edib ki, müsabiqədəki əsərləri böyük bir sevgi ilə hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov komitə adından təşkilatçılara təşəkkürünü bildirib. Bildirib ki, Prezidentin tapşırığı ilə xaricdə yaşayan soydaşlarımıza dəstək göstərilir. Qeyd edib ki, mədəniyyət sahəsində təbliğ etdiyimiz istiqamətlər çoxdur, bu səbəbdən onların həyata keçirilməsində bir neçə qurumun əməyi olmalıdır.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın çıxışında şanlı qələbənin ardından keçirilən müsabiqədə iştirak etməkdən xoşbəxtlik duyduğunu deyib.

Tədbirdə Paris, İsrail, Kolumbiya, Türkiyə, Qazaxıstan, Britaniya, eləcə də azərbaycanlı laureat və diplomantlarına mükafatlar təqdim olunub.

Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, “cadeNZa” ansamblı, Nərgiz Əliyarova (piano), Gülnaz İsmayılova (vokal) ifasında Üzeyir Hacıbəylinin və müsabiqə qaliblərinin əsərləri səslənib.

Son xəbərlər

Orphus sistemi