UNESCO "Yallı, Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısında saxlanmasına qərar verib
UNESCO "Yallı, Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısında saxlanmasına qərar veribBotsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” elementinin statusuna dair 1-ci məruzə haqqında qərar qəbu
UNESCO "Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısında saxlanmasına qərar verib.
"Report" xəbər verir ki, qərar Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında qəbul olunub.
Təşkilatın Azərbaycan Milli Komissiyasının "X" hesabında bu barədə paylaşımda deyilir: "Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” elementinin statusuna dair 1-ci məruzə haqqında qərar qəbul edilib".
UNESCO üzrə Azərbaycan Milli Komissiyasından “Report”un sorğusuna cavab olaraq bildirilib ki, təşkilatın prosedur qaydalarına görə üzv ölkələr Təcili Qorunma Siyahısında yer alan nominasiyalarla bağlı mütəmadi qaydada hesabatlar təqdim etməlidirlər:
“Bu hesabat UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin sessiyasında müzakirə və təsdiq edilir. Nominasiyanın həmin siyahıda saxlanıb-saxlanılmaması barədə qərar verilir. Azərbaycanın təqdim etdiyi bu ilki hesabat və görülən işlər təşkilat tərəfindən məqbul hesab olunub və qəbul edilib”.
Diqqətə çatdırılıb ki, Azərbaycanın ümumilikdə 23 mədəni İrs nümunəsi Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır, onlardan 21-i Representativ siyahıda, qalan ikisi isə təcili qorunma siyahısına daxildir (Biri “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri”, ikincisi isə Covqan oyunudur). Yəni UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Təcili Qorunma Siyahısında yer alan “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” barədə Azərbaycanın təqdim etdiyi hesabat təşkilat tərəfindən qəbul edilib.
Today, in the 18th session of Intergovernmental Committee for Safeguarding of Intangible Cultural Heritage of #UNESCO in #Kasane, #Botswana, the decision was adopted on the 1st report on the status of the element “Yalli (Kochari, Tenzere), traditional group dances of Nakhchivan” pic.twitter.com/6UqTHQPIf7
— National Commission of Azerbaijan for UNESCO (@UNESCO_AZ) December 7, 2023