UNESCO-nun Parisdəki mənzil-qərargahında "İpək yolu" proqramına həsr olunan konsert keçirilib

UNESCO-nun Parisdəki mənzil-qərargahında "İpək yolu" proqramına həsr olunan konsert keçirilib UNESCO-nun Parisdəki mənzil-qərargahında qurumun "İpək yolu" proqramının 35-ci ildönümünə həsr olunmuş konsert keçirilib.
Mədəniyyət siyasəti
8 Aprel , 2023 15:41
UNESCO-nun Parisdəki mənzil-qərargahında İpək yolu proqramına həsr olunan konsert keçirilib

UNESCO-nun Parisdəki mənzil-qərargahında qurumun "İpək yolu" proqramının 35-ci ildönümünə həsr olunan konsert keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Çin, Qazaxıstan Azərbaycan, Monqolustan və Oman Sultanlığının UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun nümayəndələri, incəsənət adamları, musiqiçilər, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Konsertdə Çin, Qazaxıstan və Azərbaycan musiqiləri səsləndirilib, Azərbaycan milli rəqsləri ifa olunub. Azərbaycan musiqilərini pianoda Azərbaycanın istedadlı pianoçusu Səidə Zülfüqarova, fleytada Ağarahim Quliyev ifa ediblər.

Qeyd edək ki, UNESCO-nun İpək Yolu proqramının 35 illiyinə həsr olunan proqram çərçivəsində UNESCO-nun mənzil-qərargahının foyesində İpək yolu irsini əks etdirən sərgi açılıb. Ekspozisiyada Azərbaycanın İpək Yolu üzərində yerləşən digər ölkələrin mədəni irs elementləri ilə oxşar və eyni tərəflərini vurğulayan nümunələr, bu oxşarlığı özündə əks etdirən çoxsaylı abidələr haqda məlumatlar, həmçinin sənətkarlıq, musiqi və mətbəx elementləri nümayiş etdirilir.

Xatırladaq ki, 1988-ci ildə start verilən UNESCO "İpək yolu" proqramı Şərq və Qərb xalqları arasında qarşılıqlı mədəni əlaqələrin araşdırılması və inkişafı istiqamətində müxtəlif təşəbbüsləri əhatə edib.

Son xəbərlər

Orphus sistemi