TÜRKSOY zəlzələdən zərərçəkənlərə yardım üçün türk dünyasının incəsənət adamlarına çağırış edib  

Mədəniyyət siyasəti
  • 09 fevral, 2023
  • 08:16
TÜRKSOY zəlzələdən zərərçəkənlərə yardım üçün türk dünyasının incəsənət adamlarına çağırış edib  

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən dağıdıcı zəlzələlərin vurduğu ziyana görə qardaş ölkə ilə ilə güclü həmrəylik nümayiş etdirir.

Bunu “Report”un Qaziantepə ezam olunmuş əməkdaşına Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi Bakıtcan Omar bildirib.

O deyib ki, fevralın 7-də TÜRKSOY zəlzələlədən zərərçəkənlərə qan verib, fevralın 8-dən isə 12 könüllü TÜRKSOY-lu tərcümə və koordinasiya işində dəstək olmaq üçün Qaziantepə gəlib:

“Biz buradan Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Qaziantep şöbəsinə gedib, tərcümə, məlumat və digər bu kimi dəstək işləriə AFAD-ın tövsiyə etdiyi yerlərdə fəaliyyət göstərəcəyik”.

Bakıtcan Omar TÜRKSOY-un zəlzələ fəlakəti ilə əlaqədar türk dünyasının mədəniyyət, incəsənət adamları ilə danışıqlar aparıb, onları bir araya gətirib zəlzələdən zərərçəkənlərə maddi yardım edilməsilə bağlı layihə icra edəcəklərini bildirib:

“Hazırda türk dünyası sənətçiləri arasında “Biz birlikdəyik”, “Hamımız qardaşıq” şüarları paylaşılır və türk dünyasının əksər sənətçiləri bu layihəyə məmnuniyyətlə qoşulacaqlarını bildiriblər”.

Son xəbərlər

Bütün Xəbər Lenti