Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirinin səlahiyyət müddəti başa çatır

Mədəniyyət siyasəti
  • 06 iyun, 2015
  • 07:44
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirinin səlahiyyət müddəti başa çatır

Bakı. 6 iyun. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslanın səlahiyyət müddəti başa çatır. O, "Report"a açıqlamasında deyib ki, iyunun 27-də Bakını tərk edəcək.  

Bir neçə ildir Azərbaycanda işlədiyini qeyd edən S.Ə.Arslan bildirib ki, Bakıdan xoş xatirələrlə ayrılır. 

O deyib ki, Bakıda çalışdığı müddətdə Türkiyə ilə Azərbaycan arasında mədəni münasibətlərin möhkəmlənməsi və bu sahədə qarşılıqlı əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərib: "Bakıda olduğum müddətdə Azərbaycanın mədəni həyatında baş verən hadisələri yaxından izlədim, ölkənin zəngin mədəniyyəti, musiqisi ilə tanış oldum. Yunus Əmrə "Bu dünya pəncərədir, hər kəs baxdı keçdi", - deyib. Ümid edirəm ki, pəncərə kimi gördüyümüz və ani olaraq baxıb keçdiyimiz dünyada özümüzdən sonra yaxşı izlər qoya biləcəyik". 

44 filmi