“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin “Şuşa ili” müsabiqəsi çərçivəsində həyata keçirdiyi "Şuşanın virtual təbliği" layihəsi başa çatıb.
"Report" xəbər verir ki, dekabrın 15-də Şuşa Dövlət Musiqili Dram Teatrında layihənin yekunlarına həsr olunan tədbir keçirilib.
Layihə çərçivəsində musiqişünas, araşdırmaçı alim Firidun Şuşinskinin “Şuşa” kitabı əsasında "Söhbət Şuşadan gedir", “Bülbülün ev muzeyi” və “Duyğuların palitrası” adlı sənədli filmləri çəkilib.
Eyni zamanda
Qeyd edək ki, sənədli filmlərin rejissoru Vüqar Əlisoy, saytın proqramçısı isə Xaqan Məhərrəmovdur.
Xatırladaq ki, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa ili” müsabiqəsi çərçivəsində "Şuşanın virtual təbliği" layihəsi həyata keçirib. Layihənin rəhbəri Anar Xəlilovdur.