Şuşa Dövlət Qoruğu İdarəsinin rəhbəri kimdir?

Şuşa Dövlət Qoruğu İdarəsinin rəhbəri kimdir? Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmiş Məftun Qurban oğlu Abbasov vaxtilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini olub.
Mədəniyyət siyasəti
16 İyul , 2021 12:46
Şuşa Dövlət Qoruğu İdarəsinin rəhbəri kimdir?
Məftun Abbasov

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmiş Məftun Qurban oğlu Abbasov indiyə qədər dövlət başçısının Şuşa rayonu üzrə xüsusi nümayəndəliyində çalışıb.

"Report" xəbər verir ki, bundan əvvəl isə o, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) baş direktorunun müavini olub və bu vəzifəni bu ilin mart ayına qədər icra edib.

Bundan başqa, O, 2009-2012-ci illərdə Azərbaycan Mərkəzi Bankının auditoru, “Procter&Gamble” şirkətində Daxili audit departamentinin rəhbəri, 2012-2016-cı illərdə isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Mühüm işlər üzrə əməliyyatçı kimi fəaliyyət göstərib, 2016-cı ildə etibarən Bakı Limanının Daxili audit və nəzarət departamentinin rəhbəri, daha sonra Baş direktorun müavini olub.

Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunu olan M.Abbasov Virginia Beynəlxalq Universitetində MBA üzrə, Strayer Universitetində isə Mühasibatlıq üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Vyanada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr dərəcəsi alıb və hazırda Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadiyyat üzrə elmi işini davam etdirir.

Son xəbərlər

Orphus sistemi