Ramiz Əzizbəyli dəfn olunub - YENİLƏNİB - 2

Ramiz Əzizbəyli dəfn olunub - YENİLƏNİB - 2 Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi keçirilir.
Mədəniyyət siyasəti
4441
10 İyun , 2021 13:10
Ramiz Əzizbəyli dəfn olunub - YENİLƏNİB - 2
0 : 00
0 : 00

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli dəfn edilib.

"Report" xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

12:50

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi başa çatıb.

"Report" xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, yaxınları və sənət dostları iştirak edib.

Mərhum Bakının "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

12:25

Ötən gün vəfat edən Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi başlayıb.

"Report" xəbər verir ki, mərhumun nəşi xəstəxanadan götürülərək evinə gətirilib.

Xalq artistinin yaşadığı binanın həyətində keçirilən mərasimdə R.Əzizbəylinin ailə üzvləri, yaxınları və sənət dostları iştirak edirlər.

Qeyd edək ki, R.Əzizbəyli iyunun 9-da Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalda dünyasını dəyişib.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

Son xəbərlər

Orphus sistemi