Qırğızıstan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açılışı olub

Qırğızıstan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açılışı olub Qırğızıstan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açılışı olub.
Mədəniyyət siyasəti
22 aprel 2025 17:04
Qırğızıstan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açılışı olub

Qırğızıstan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açılışı olub.

“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.

Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, nazir müavini Murad Hüseynov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Qulbara Kadırbekova, TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər, ədəbi-mədəni ictimaiyyət iştirak ediblər.

Qırğızıstan Milli Kitabxanasınıb direktoru Aynura Asgerova çıxış edərək Azərbaycan ədəbiyyatı guşəsinin açılışını əlamətdar hadisə kimi qiymətləndirib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da, öz növbəsində, bu cür yaradıcı təşəbbüs və addımların iki ölkə arasında mədəni bağların möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Çıxışların ardınca simvolik lent kəsilib.

Qonaqlar guşədə təqdim olunan 200-dən çox nüsxə ilə tanış olublar.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 21-25-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğatı istiqamətində bir sıra tədbirlər, konsert proqramları və sərgilər nümayiş etdirilir.

Orphus sistemi