Bakı. 11 oktyabr. REPORT.AZ/ Orenburqda keçiriləcək III Beynəlxalq Mstislav Rostropoviç Festivalının vaxtı və proqramı açıqlanıb.
Dekabrın 4-dən 7-dək keçiriləcək festivalın bədii rəhbəri Olqa Rostropoviçdir.
Oktyabrın 4-də Orenburq Vilayət Filarmoniyasında festivalın təntənəli açılışı olacaq. Konsertdə Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri çıxış edəcək. Bədii rəhbər Vladimir Yurovski, dirijor Peter Feranetsdir. Skripkada Boris Brovtsın, violonçeldə Klaudio Boxorkes çıxış edəcək.
Festivalın bağlanışı isə M.Qorki adına Orenburq Dövlət Dram Teatrında keçiriləcək. Həmin gün Nikolay Rimski-Korsakovovun “Çar gəlini” operası nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru İvan Popovski, dirijor Yaroslav Tkalenkodur. Operada Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin orkestri və solistləri çıxış edəcəklər.
Ümumiyyətlə, festival günlərində tamaşaçılar dünya musiqisi xəzinəsinin incilərini dinləməkdən zövq alacaqlar.