Yuxarı
    Bağlamaq

    Nazir: "Qoruqlar öz qapılarını xalqın üzünə açmalıdır"

    Bəzi qoruqlarda arzuolunmaz faktlar aşkar olunur

    Bakı. 13 iyun. REPORT.AZ/ "Bu gün bəzi qoruqlarda arzuolunmaz faktlar aşkar olunur. Hətta orada bəzən məsuliyyətsiz hərəkətlərə də rast gəlinir və sözsüz ki, bunlar yolverilməzdir".

    "Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illik yubileyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

    O bildirib ki, bu səbəbdən qoruqlarda tamamilə yeni idarəetmə sistemi formalaşmalıdır: "Qoruqlar öz qapılarını xalqın, gənclərin üzünə açmalı və ora gələn insanlara Azərbaycanı ətraflı tanıtmalıdır".

    Nazir təəssüf hissi ilə qeyd edib ki, bu gün işğal səbəbindən Azıx mağarası əlçatan deyil: "Çünki orada bizim xoşumuza gəlməyən və heç bir məntiqə sığmayan proseslər gedir. Lakin siyasi qərar tapılandan sonra Azərbaycan alimlərinin yenidən həmin məkanı tədqiq etməyə imkan tapacaqlarına əminəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi