Nazir Qaxda mədəniyyət müəssisələri və tarixi tikililərin vəziyyəti ilə tanış olub

Nazir Qaxda mədəniyyət müəssisələri və tarixi tikililərin vəziyyəti ilə tanış olub Bakı. 31 avqust. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev avqustun 31-də Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə birgə rayondakı bəzi mədəniyyət müəssisələri və tarixi tikililərin vəziyyəti ilə tanış olub.
Mədəniyyət siyasəti
31 Avqust , 2018 13:56
Nazir Qaxda mədəniyyət müəssisələri və tarixi tikililərin vəziyyəti ilə tanış olub
mct.gov.az
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev avqustun 31-də Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə birgə rayondakı bəzi mədəniyyət müəssisələri və tarixi tikililərin vəziyyəti ilə tanış olub.

Nazirlikdən "Report"a verilən xəbərə görə, nazir və icra başçısı ilk olaraq Qax şəhər məscidinə baş çəkiblər. 

Bildirilib ki, 19-cu əsrdə inşa olunmuş məscid binasında bir neçə il öncə bərpa işləri həyata keçirilib. Bina formaca dördbucaqlıdır. Dam örtüyü qırmızı kirəmitlə işlənib. Minarəsi dəyirmi formada olub, bişmiş kərpicdən inşa edilib. Hündürlüyü 16 metrdir.

Ə.Qarayev və rayon İcra Hakimiyyətinin başçısı daha sonra Bayraq muzeyində olublar. Muzeyin yerləşdiyi kompleksin ərazisi üç hektardır. Geniş yaşıllaşdırma işlərinin görüldüyü kompleksdə müasir işıqlandırma sistemi quraşdırılıb. Bayraq meydanının ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib. Muzeydə milli bayrağımızın təbliği ilə bağlı eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında tarixi Azərbaycan dövlətlərinin bayraqlarına və digər atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir.

Nazir muzeyin fəaliyyətinin daha da gücləndirilməsi üçün tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi