Nazir müavini: “Gəncə və Bakının UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün işlər aparılır”

Nazir müavini: “Gəncə və Bakının UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün işlər aparılır” “Gəncə və Bakı şəhərlərinin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır”.
Mədəniyyət siyasəti
20 Aprel , 2023 12:17
Nazir müavini: “Gəncə və Bakının UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün işlər aparılır”

“Gəncə və Bakı şəhərlərinin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır”.

“Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.

Qurum rəsmisinin sözlərinə görə, 26 il öncə UNESCO-nun təsis etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın 100-dən artıq ölkəsində qeyd olunur: “Nizami Gəncəvi kimi dühasını dünyaya bəxş edən qədim Gəncə, eləcə də paytaxt Bakı zəngin kitab ənənələri ilə məşhurdur. Potensial şanslarını nəzərə alaraq, bu şəhərlərin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır”.

S.Yusifova bildirib ki, kitablar yarandığı gündən bilik daşıyıcı olub və bəşər tarixinin, mədəniyyətinin formalaşmasında müstəsna oynayıb:
“Azərbaycan xalqının əsrlər boyu yaratdığı rol intellektual məzmun və məhsullar Şərq intibahının ayrılmaz tərkib hissəsi olmaqla, bütün zamanlarda dünyada gedən tarixi proseslərə öz müsbət təsirini göstərib. Azərbaycan xalqı qədim dövrlərə qədər gedib çıxan zəngin ədəbi irsə malikdir. Xalqımız Azərbaycan və dünya ədəbiyyatına Nizami Gəncəvi, Füzuli, Xətai, Vaqif, Natəvan, Səməd Vurğun kimi şəxsiyyətlər bəxş edib”.

Son xəbərlər

Orphus sistemi