"Azərbaycan UNESKO-nun Ümumdünya İrs Komitəsinin gələn il keçiriləcək 44-cü sessiyası zamanı bir neçə yerin qurumun Dünya İrs Siyahısına salınması üçün iddia qaldıracaq".
"Report"un xəbərinə görə, bunu Azərbaycanın Mədəniyyət naziri
Ə.Qarayev Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına salınmasını ölkənin uğuru adlandırıb: "Fəxr etməliyik ki, siyahıya daxil edilən mədəni obyektlərin sayı artır".
Nazir xatırladıb ki, Şəkinin siyahıya daxil edilməsi iddiası 6 il öncə qaldırılıb: "Hökumət və ictimaiyyət UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının nəticələrini ciddi şəkildə təhlil etməlidirlər. Azərbaycanda 6 700 adda tarixi abidə var. Onların bərpasının tez bir zamanda aparılması imkanlar xaricindədir. Bu proses mərhələli şəkildə aparılır. Məsələn, Çıraqqala təhlükəli vəziyyətdə idi, onun bərpasına başladıq".