Naxçıvanda tarixi memarlıq abidələrinin UNESCO-nun əsas siyahısına salınması üçün iş aparılacaq

Naxçıvanda tarixi memarlıq abidələrinin UNESCO-nun əsas siyahısına salınması üçün iş aparılacaq Naxçıvan Muxtar Respublikasının bəzi tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılacaq.
Mədəniyyət siyasəti
5 İyun , 2023 15:49
Naxçıvanda tarixi memarlıq abidələrinin UNESCO-nun əsas siyahısına salınması üçün iş aparılacaq

Naxçıvan Muxtar Respublikasının bəzi tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılacaq.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Bununla bağlı icraçı qurum kimi Mədəniyyət Nazirliyi və Naxçıvan Nazirlər Kabineti müəyyənləşib.

Həmçinin, müvafiq siyahıya salınacaq tarixi memarlıq abidələrinin müəyyənləşdirilməsi, tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması və Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artması və tarixi memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması ilə bağlı da işlər aparılacaq.

Qeyd edilən işlər 2023–2027-ci illəri əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi