Moskvada Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub

Moskvada Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub Tədbirdə mərhum sənətkarın xanımı Tamara Sinyavskaya da iştirak edib
Mədəniyyət siyasəti
14 Sentyabr , 2017 16:28
Moskvada Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub

Bakı. 14 sentyabr. REPORT.AZ/ SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyi münasibətilə sentyabrın 14-də Moskva şəhərində xatirə lövhəsinin açılışı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, təntənəli açılış mərasimində Rusiyanın dövlət xadimləri, o cümlədən Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Leonid Peçatnikov iştirak edib.

Tədbirə mərhum sənətkarın xanımı Tamara Sinyavskaya, Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov, müğənni Emin Ağalarov da qatılıblar. 

Son xəbərlər

Orphus sistemi