Yuxarı

Araz Ağalarov

 - 

sahibkar, “Crocus Group” holdinqinin prezidenti



2012

2012-ci ildə Forbes jurnalının Rusiyanın “daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə Araz Ağalarov ikinci yeri tutur. “Krokus intenəşnl" Şirkətlər Qrupunun prezidenti, "Krokus-Bank" idarə heyətinin sədri, Rusiya istehsalçılar və idxalçılar ittifaqının prezidenti, Moskva Beynəlxalq Bizness Assosiasiyasının və "Opora Rossii" ictimai təşkilatının vitse-prezidenti, "Biznes i vıstavkı" jurnalının baş redaktorudur.

2011

Onun rəhbərlik etdiyi "Crocus" şirkətinin daşınmaz əmlak icarəsindən gəlirləri 2011-ci ildə 700 mln. dollar təşkil edib.

2000

2000-ci ildə Moskva dairəvi yolunun üzərində 75 hektar sahəsi olan "Krokus siti" şəhərciyinin tikintisinə başlayıb.

1995

1995-ci ildə onun sərgiləri Las-Veqasda Comdex və Hannoverdə keçirilən Cebit sərgilərindən sonra dünyada statusuna görə üçüncülük qazandı. Araz Ağalarov sonralar "Comtech"dəki payını bir ingilis şirkətinə sataraq "Krokus Siti" layihəsini həyata keçirməyə başladı. 1995-ci ildə Araz Ağalarov Moskvanın ən bahalı və elit evi sayılan "Ağalarov evi"nin tikintisini başa çatdırır.

1992

1992-ci ildə Rusiyada 66 min kvadratmetr sahəsi olan ilk hipermarketi tikib. Dünyada analoqu olmayan bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır.

1991

1991-ci ildə ilk eksklüziv ayaqqabı mağazasını açıb. Daha sonra tikinti biznesi ilə məşğul olmağa başlayıb.

1990

1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dan olan tərəfdaşları ilə "Comtech" adlanan kompüter texnologiyaları sərgisi təşkil edib. Artıq 5 il sonra onun sərgisi Comdex (Las-Veqas) və Cebit (Hannover) sərgilərindən sonra statusuna görə dünyada III yeri tutub.

1988

1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub.

1983

1983-1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olub. Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasında işləməyə başlayıb.

1982

1982-ci ildə Moskvaya gedərək aspiranturaya daxil olub.

1977

1977-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olub.

1955

Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub.