Milli Məclis “Mədəniyyət haqqında” qanuna dəyişiklik edib

Milli Məclis “Mədəniyyət haqqında” qanuna dəyişiklik edib 1960-cı ildən etibarən yaradılan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları mədəni sərvətlərə aid olunmayacaq
Mədəniyyət siyasəti
20 Oktyabr , 2017 13:59
Milli Məclis “Mədəniyyət haqqında” qanuna dəyişiklik edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mədəniyyət haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, layihə ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.

O bildirib ki, bundan sonra Azərbaycanda 1960-cı ildən etibarən yaradılan və mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilməyəcək.

Maddənin 30.2.6-cı bəndinə əsasən, qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid edilir.

Dəyişiklik layihəsinə əsasən, qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi