Mədəniyyət naziri Gəncədə səfərdədir

Mədəniyyət naziri Gəncədə səfərdədir Mədəniyyət naziri Anar Kərimov Gəncə şəhərinə səfərə gedib.
Mədəniyyət siyasəti
3 Fevral , 2022 10:45
Mədəniyyət naziri Gəncədə səfərdədir
Anar Kərimov

Mədəniyyət naziri Anar Kərimov Gəncə şəhərinə səfərə gedib.

"Report"un Qərb bürosunun məlumatına görə, nazir Gəncə şəhərində yeni istifadəyə verilmiş Gəncə Dram Teatrında, Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinə, Gəncə Dövlət Kukla teatrına və digər mədəniyyət ocaqlarına baxış keçirəcək, mədəniyyət işçiləri ilə görüşəcək.

A.Kərimov həmçinin Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə də baş çəkəcək.

Sonda nazir Gəncə Dövlət Filarmoniyasında "Şuşa ili" adlı konsert proqramında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi