“Kreativ Azərbaycan” portalının təqdimatı keçirilib

“Kreativ Azərbaycan” portalının təqdimatı keçirilib Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilir.
Mədəniyyət siyasəti
9 Dekabr , 2019 10:47
“Kreativ Azərbaycan” portalının təqdimatı keçirilib
Report / Elchin Murad

Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilir.

"Report" xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil naziri Ceyhun Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, portal nazirlik tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb.

Qeyd edək ki, portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdlər haqqında məlumatlar əks olunacaq, həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək göstərəcək.

Portalın yaradılmasında məqsəd, həmçinin Azərbaycanın yaradıcı məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir.

Təqdimat mərasiminin ardından müvafiq dövlət qurumlarının rəhbərləri və eləcə də kreativ sektorun təmsilçiləri olan ekspertlərin iştirakı ilə “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel sessiyası keçiriləcək.

Sessiya çərçivəsində mədəniyyət, iqtisadiyyat, təhsil, məşğulluq, əqli mülkiyyət, innovasiyalar, şəhərsalma kimi mövzular müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi