Fransanın Kolmar şəhərində Şəki ilə Kolmar şəhərlərinin qardaşlaşması çərçivəsində Azərbaycanın musiqilərindən ibarət konsert keçirilib.
"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycanın Dostları Assosiasiyasının (ADA) təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ulu öndər
ADA-nın preizdenti Jan-Fransua Mansel Heydər Əliyevin böyük tarixi missiyanı yerinə yetirdiyini, mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək bugünkü inkişafının təməlini qoyduğunu bildirib. O, Azərbaycanın stabillik mənbəyi olmasının, beynəlxalq arenada yüksək nüfuza malik ölkə kimi tanınmasında Heydər Əliyevin müdrik siyasətinin roluna toxunub. Jan-Fransua Mansel stabil və uğurla inkişaf edən, dünyəvi müsəlman respublika Azərbaycanın dialoq və əməkdaşlığa açıq ölkə olduğunu iştirakçıların diqqətinə çatdırıb. ADA-nın prezidenti Dağlıq Qarabaq münaqişəsinə də toxunaraq Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğal olunduğunu və bunun nəticəsində bir milyona yaxın insanın öz torpaqlarından didərgin düşdüyünü bildirib..
Kolmar şəhərinin meri Gilbert Meyer iştrakçılara Azərbaycan haqqında ətraflı məlumat verib, gündən-günə inkişaf edən Fransa-Azərbaycan münasibətlərinə toxunub, qardaşlaşmış Şəki və Kolmar şəhərləri arasındakı dostluq əlaqələrindən danışıb. O, hər il olduğu kimi, Şəki şəhərinin Kolmar Milad yarmarkalarında iştirak etdiyini və iki şəhər arasında həyata keçirilən digər layihələr haqqında məlumat verib.
Azərbaycanın milli musiqilərindən ibarət konsertdə balaban, tütək, zurna və klarnetdə Səddam Nobruzbəyov, udda İgnasio Naon, zərb alətlərində Nagib ifa edib.