Yuxarı

Kəlağayı sənətinin UNESCO-nun siyahısına daxil edilməsini təsdiqləyən sənəd Azərbaycanın birinci xanımına təqdim olunub

Tədbirdə beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırılıblar

Bakı. 18 may. REPORT.AZ/ Mayın 18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında UNESCO-nun baş direktoru İrina Bokova çıxış edib. “Report”un xəbərinə görə, baş direktor İrina Bokova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim edib.

Tədbirdə beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırılıblar.

Qeyd edək ki, Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı mərasimdə nitq söyləyib. Həmçinin BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış ediblər.

Daha sonra BMT-nin Dünya Turizm Təşkilatı baş katibinin turizm və sülh üzrə müşaviri, Orta Şərq üzrə regional direktoru Amr Abdel-Qaffar Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin təbrik məktubunu oxuyub.

Açılış mərasimindən sonra UNESCO-nun və Böyük Britaniyanın “Tudor Rose” nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş “Fərqliliklə razılaşaq” kitabının təqdimatı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi