Yuxarı

İSESKO-nun yeni loqosu və veb-saytının təqdimatı olub

Əbülfəs Qarayev: Dünyanın hər yerindən İSESKO haqqında məlumatları burdan əldə etmək mümkün olacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının iclasında İSESKO-nun yeni loqosu və yeni veb-saytının təqdimatı olub. "Report" xəbər verir ki, iclasda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

Ə.Qarayev bildirib ki, yeni portal köhnə veb-saytın əsasında yaradılıb: "Amma daha yeni format seçilib. Burada xəbərlər daha operativ çatdırılacaq. Dünyanın hər yerindən İSESKO haqqında məlumatları burdan əldə etmək mümkün olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi