Mədəniyyət naziri
"Report" xəbər verir ki, nazir məsələ ilə bağlı artıq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə danışıqlar aparıldığını deyib.
Ə.Qarayev bildirib ki, sərəncamın icrası olaraq İçərişəhərdə beynəlxalq konfrans və silsilə tədbirlər keçiriləcək: "Muzeylərdə saxlanılan əşyaların bir qismi sərgilərdə nümayiş olunacaq. Bundan başqa, mədəni proqramlar təqdim ediləcək. Turistlər üçün ayrıca xüsusi marşrutlar formalaşdırılacaq".
Onun sözlərinə görə, İçərişəhərin UNESKO-nun tərkibində olduğu 20 il müddəti əks etdirmək üçün müvafiq tədbirlərin təşkili nəzərdə tutulub: "Əsas olan bu tədbirlərin beynəlxalq əks-səda doğurmasıdır. Bu gün İçərişəhərdə görülən işlər təqdirəlayiqdir. Oranın hər bir günü tarixdir".