Gürcüstanın mədəniyyət xadimləri ermənilərin Gəncədə dağıtdıqları əraziyə baş çəkiblər - YENİLƏNİB

Gürcüstanın mədəniyyət xadimləri ermənilərin Gəncədə dağıtdıqları əraziyə baş çəkiblər - YENİLƏNİB Gürcüstanın 21 nəfər mədəniyyət xadimindən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb.
Mədəniyyət siyasəti
17 Aprel , 2022 10:55
Gürcüstanın mədəniyyət xadimləri ermənilərin Gəncədə dağıtdıqları əraziyə baş çəkiblər - YENİLƏNİB

Gürcüstanın mədəniyyət xadimləri Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

"Report"un Qərb bürosu xəbər verir ki, qonaqlar dağıntıya məruz qalan əraziyə gül düzüblər, həlak olanların xatirəsini anıblar. 

Onlara ermənilərin şəhərdə törətdikləri terror aktları barədə ətraflı məlumat verilib. 

Nümayəndə heyəti daha sonra Gəncə Dövlət Dram Teatrının yeni istifadəyə verilən binası ilə tanış olublar. Mədəniyyət xadimləri teatrda konsert proqramı ilə çıxış edəcəklər.

09:42

Gürcüstanın 21 nəfər mədəniyyət xadimindən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb.

"Report"un Qərb bürosu xəbər verir ki, onlar Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkəcəklər.

Gürcüstanlı qonaqlara Ermənistanın törətdiyi terror barədə məlumat veriləcək.

Daha sonra Dram Teatrında gürcüstanlı müğənnilərin ifadəsində kiçik konsert proqramı təşkil olunacaq.

Gürcüstanın mədəniyyət xadimləri Ağdam şəhərinə də səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi