Fransada Azərbaycan musiqilərindən ibarət konsert keçirilib

Fransada Azərbaycan musiqilərindən ibarət konsert keçirilib Fransanın paytaxtı Parisdə Azərbaycan musiqisinə həsr olunmuş " Alov və İpək yurdu" adlı konsert keçirilib.
Mədəniyyət siyasəti
21 Aprel , 2023 02:14
Fransada Azərbaycan musiqilərindən ibarət konsert keçirilib

Fransanın paytaxtı Parisdə Azərbaycan musiqilərindən ibarət "Alov və İpək yurdu" adlı konsert keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Parisin 8-ci rayonunun meriyası, "Arts Au Diapason" Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konsertdə azərbaycanlı bəstəkarların əsərlərini pianoçu Səidə Zülfüqarova, violonçeldə Lor Volpato ifa ediblər. Proqramda Oqtay Zülfüqarov, Fikrət Əmirov, Arif Məlikov, Adelya Hüseynzadə, Əşrəf Abbasov, Cövdət Hacıyev, Cahangir Zülfüqarov, Fərhad Bədəlbəylinin əsərləri yer alıb.

Konsertdə azərbaycan bəstəkarları, onların yaradıcılığı, musiqimiz, habelə muğam, milli musiqi alətlərimiz tar və kamança haqqında qonaqlara geniş məlumat verilib. Muğamın və kamançanın UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edildiyi xüsusi vurğulanıb.

Tədbirdə fransalı violonçel ustası Lor Volpato qonaqlara Azərbaycan şairlərindən Nəbi Xəzri, Nizami Gəncəvi, Nəriman Həsənzadənin şeirlərindən parçalar səsləndirib.

Son xəbərlər

Orphus sistemi