Finlandiyada azərbaycanlı rəssamın rəsm sərgisi keçirilib - FOTO

Finlandiyada azərbaycanlı rəssamın rəsm sərgisi keçirilib - FOTO Rəsm sərgisi Finlandiyanın Xamelina şəhərində baş tutub
Mədəniyyət siyasəti
139
28 Avqust , 2017 16:44
Finlandiyada azərbaycanlı rəssamın rəsm sərgisi keçirilib - FOTO

Bakı. 28 avqust. REPORT.AZ/ Finlandiyanın Xamelina şəhərində Azərbaycanın tanınmış rəssamı, “Dostluq” Azəri-Fin Cəmiyyətinin fəal üzvü Çingiz Abbasovun rəsm sərgisi keçirilib. 

Bu barədə "Report"a cəmiyyətin sədri Təranə Nəzərova məlumat verib. 

Qeyd edək ki, Ç.Abbasov ABŞ, Avropa, o cümlədən Finlandiyada fəaliyyət göstərən bir sıra rəsm qalereyaları ilə əməkdaşlıq edir. Onun rəsmlərinə dünyanın bir çox şəxsi və korporativ kolleksiyalarında, həmçinin tanınmış alman kolleksioneri Reynhold Vürtun muzeyində, Finlandiya Prezidenti Sauli Niinistonun kolleksiyasında rast gəlmək olar.

Ç.Abbasovun yenicə tamamlanmış “Çovqan”adlı rəsm işləri Bakıda yeni açılmış Media Mərkəzində nümayiş olunub.

Bu yaxınlarda isə o I Dünya Müharibəsində iştirak etmiş əfsanəvi “Vəhşi Diviziya”nın qəhrəmanı Azərbaycan Süvari Alayına həsr etdiyi “üçlük” adlanan (триптих) böyük həcmli rəsm əsərini bitirib.

Son xəbərlər

Orphus sistemi