Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edəcək Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər
Mədəniyyət siyasəti
24 may 2017 11:56
Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edəcək

Bakı. 24 may. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qəbul mayın 30-da saat 11ºº-da Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində (Heydər Əliyev prospekti, 1) başlayacaq. Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla, rayon mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər. 

Son xəbərlər

Orphus sistemi